4 Yanvar 2015 01:30
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 3-də Ukraynanın Odessa şəhərindəki Peresıp dəmir yolu stansiyasında neft məhsulları ilə dolu sistern partladılıb və qazoyl ətrafa dağılıb.

Teleraf.com-un TASS-a istinadən xəbərinə görə, Ukrayna DİN-in Odessa dəmir yolu idarəsi hadisəni terror aktı kimi dəyərləndirib.

"Hadisə partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Bütün materiallar Ukrayna Təhlkəsizlik Xidmətinin Odessa idarəsinə göndəriləcək", - Ukrayna DİN-in nümayəndəsi Anastasiya Yakubenko bildirib.

Hadisə nəticəsində ölən və yaralananlar yoxdur, qatarların hərəkəti dayandırılmayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər