Türkiyənin Bursa şəhərində Sənaye və Texnologiya naziri və AK Partiya Bursa namizədi Mustafa Varankın seçki maşını Xalqların Demokratik Partiyası (HDP) tərəfdarlarının hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, seçki maşını ilə yanaşı onun qarşısında olan Xalq Alyansı tərəfdarları da hücumçuların hücumuna məruz qalıb.
Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.