8 May 2023 09:23
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında İran istehsalı “Şahid-136” və “Şahid-131” dronları ilə Ukraynanın Kiyev vilayətinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ümumilikdə bölgəyə 35 kamikadze dronu atıldığı bildirilib.

35 ədəd “Şahid” tipli dronların hamısı Ukraynanın hərbi aviasiyası tərəfindən məhv edilib.

Həmçinin gecə yarısına yaxın rus qüvvələri TU-22 uzaqmənzilli bombardmançı təyyarələrlə Odessa vilayətini atəşə tutub. Krım ərazisindən bölgəyə 8 raket zərbəsi endirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər