“Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin Moskvada keçirilən Qələbə paradında iştirakı əcdadların şücaətinə görə minnətdarlığın təzahürüdür”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda (Moskva) çıxış edərkən deyib.
“Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin rəhbərlərinin burada toplaşması çox vacibdir, çünki onlar birlikdə vuruşdular və birlikdə qalib gəldilər, SSRİ-nin bütün xalqları ümumi qələbəyə öz töhfələrini verdilər. Bunu həmişə xatırlayacağıq”, - Rusiya lideri bildirib.
Qeyd edək ki, Moskvada keçirilən parada MDB ölkələrindən Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan liderləri qatılıb.