Çeçenistanın rəhbəri Ramzan Kadırov Donetskə getməyə hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, Kadırov bununla bağlı olaraq Rusiya Prezidenti Vladimir Putinə baş komandan kimi Donetskə getməyə hazır olduğunu və əmr gözlədiyini bildirib.
Kadırov qeyd edib ki, Rusiyaya lazım olacağı təqdirdə, könüllü olaraq Donetskə gedəcək. Çeçen lider bu çıxışlarının populist xarakter daşımadığını, çox ciddi olduğunu vurğulayıb.
Kadırov Donetskə gedərək vətəndaşların müdafiəsi üçün Putindən xahiş edəcəyini bildirib.