12 May 2023 20:33
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücumunun uğurlu olmasa, müharibə uzana bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert qeyd edib ki, belə bir ssenaridə Rusiya ilə müharibə ən azı daha bir il, bəlkə də daha çox uzana bilər. Bununla belə, onun sözlərinə görə, Qərb Ukraynanın uduzmasına imkan verməyəcək.

“Vəziyyət elə bir yerə gəlib çatıb ki, Qərb nə bizim şəxsimizdə, nə də bizim əlimizlə uduzmaq istəyir. Əks halda, Putin onları “qoç buynuzu”na keçirəcək. Döyüş meydanında az da olsa uğur qazanan kimi, inanın ki, öz xəttindən kənara çıxıb yaxşılıq istəməyə başlayacaq. Bundan Putinin özündən daha çox qorxurlar”, - Jdanov qeyd edib.

Ekspertin fikrincə, ilk əks-hücum nəticə verməsə, döyüş meydanında qələbə gələnə qədər yeni cəhdlər olacaq:

“Əgər bu əks-hücum gözlənilən nəticəni verməsə, onda ikinci, ikinci olmasa, üçüncü olacaq və sair. O vaxta qədər davam edəcək ki, qalib gələcəyik. İndi əsas məsələ budur ki, insan resurslarımız tükənir. Bu müharibədə ən çox bundan əziyyət çəkməli olacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər