"17 noyabr" terror təşkilatının şənbə günü həbs olunan üzvü Xristodulos Ksiros Afinanın xüsusi rejimli Korridallos həbsxanasında böyük terror aktı hazırlayırmış.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Yunanıstanın İctimai asayiş və vətəndaşların müdafiəsi naziri Vasilis Kikilias bildirib.
Onun sözlərinə görə, Ksirosun həbsi "Penitensiar sistemin ürəyinə ağır zərbə vurulmasının" qarşısını alıb.
Bildirilir ki, cinayətkarlar terror aktını anarxist-terrorçu təşkilatın həbsxanadakı üzvlərini azad etmək üçün planlaşdırırmışlar.
Nihad