13 May 2023 08:00
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Luminar Technologies"in sahibi olan amerikalı iş adamı Ostin Rassel təxminən 800 milyon dollara Forbes jurnalının əksər səhmlərini alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, söhbət Forbs ailəsinə aid olan hissə də daxil olmaqla 82% paydan gedir. Daha əvvəl jurnalın sahibi olan Honq-Konqda yerləşən "Whale Media Investments" şirkəti minoritar səhmdar olaraq qalacaq.

Mənbələr bildirir ki, O.Rasselın əldə etdiyi biznes nəşri hazırda gəlirlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər