ATA İttifaqının Türkiyə prezidentliyinə namizədi Sinan Oğan Almaniyanın “Der Spiegel” qəzetinə müsahibəsində yalnız HDP-nin birlikdən kənarlaşdırılacağı təqdirdə Millət İttifaqının prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini deməsi ilə bağlı iddianı yalanlayıb.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə seçkilərdən sonra “Der Spiegel”in müxbiri Maksimilian Popp Tvitterdə çıxış edib.
Alman jurnalist Oğanın onlara Kılıçdaroğlunu ancaq HDP-nin siyasi sistemindən kənarda qalacağı təqdirdə dəstəkləyəcəyini dediyini yazıb.
Oğan Poppun paylaşımına istinad edərək bildirib:
“Xeyir ola, “Der Spiegel”, sizə verdiyim müsahibədə Türkiyə mətbuatına söylədiyimiz ümumi şərtlərdən fərqli bir şey demədik. Bunu hardan uydurdunuz?”