ATA İttifaqı sədrinin müavini Sevda Özbək Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kamal Kılıçdaroğlunu seçkilərdən geri çəkilməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, ittifaq rəsmisi açıqlamasında CHP sədrinin zəif namizəd olduğunu bildirib.
“Hörmətli Kamal Kılıçdaroğlu vəzifəsində əlindən gələni etməyə çalışsa da, millətin iradəsi daha güclü namizəd istəyir. Hörmətli Kamal Kılıçdaroğlunun ikinci turda məsuliyyəti hörmətli Sinan Oğana ötürməsi ölkəmiz üçün ən yaxşısı olacaq”, - Özbək deyib.
Seçkilərin birinci turunu sonuncu yerdə başa vuran Sinan Oğanın ikinci turda kimi dəstəkləyəcəyi müzakirə mövzusudur. Siyasətçi yola ya CHP sədri, ya da Prezident Rəcəb Tayyib Ərdoğanla davam edəcəyini açıqlayıb.