Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) rus ordusunun “Vostok” qrupunun obyektləri və mövqeləri barədə xarici dövlətə məlumat ötürən Ukrayna vətəndaşının həbs edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.
Məlumata görə, 25 yaşlı qadın əldə etdiyi məlumatları xarici kəşfiyyat xidmətlərinin göstərişi ilə ötürüb.
Axtarışlar zamanı şübhəlidən texniki vasitələr müsadirə edilərək götürülüb. Eyni zamanda, Kiyev vilayətində “xüsusi hərbi əməliyyat”da iştirak etmiş “Vostok”un yeri və fəaliyyəti ilə bağlı coğrafi məlumatlar aşkarlanıb.
Saxlanılan şəxsə qarşı cinayət işi açılıb.