Moldova Daxili İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyi (MDB) ilə imzalanmış 10 sazişdən imtina edəcək.
Teleqeaf.com xəbər verir ki, bu barədə daxili işlər naziri Anna Revenko bildirib.
“Müqavilərlədən onunun kifayət qədər yersiz olduğunu bildirdik, ona görə də denonsasiya proseduruna başladıq”, - deyə o, bəyan edib.
Revenkonun sözlərinə görə, Daxili İşlər Nazirliyinin MDB ölkələri ilə 32 əməkdaşlıq müqaviləsi var.
Nazir bildirib ki, hökumət bu sənədlərin perspektivlərini və risklərini nəzərə alaraq onları denonsasiya etmək qərarına gəlib. O əlavə edib ki, sazişlər sərhəd xidmətlərinin işi və fövqəladə halların həlli ilə bağlıdır.