Ukraynanın müdafiə qüvvələri bu gecə Rusiyanın 3 “Kalibr” qanadlı raketini və 16 hücum pilotsuz təyyarəsini (İran istehsalı) vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Rusiya qüvvələri gecə saatlarında Qara dənizdəki gəmilərdən “Şahid-136” və “Şahid-131” PUA-ları və “Kalibr” qanadlı raketləri ilə şimal və cənub-şərq istiqamətlərindən Ukraynaya hücum ediblər. Ukrayna tərəfinin əks-cavab tədbirləri nəticəsində 22 “Şahid” və 6 “Kalibr” məhv edilib.
Mayın 19-na keçən gecə ruslar Ukrayna ərazilərinə zərbələr endiriblər. İranın “Şahid” PUA-ları Kiyevə yaxınlaşarkən məhv edilib.
Krivı Roqda da silsilə partlayışlar eşidilib. Rusiya burada özəl sənaye müəssisəsini vurub.
Lvovda isə “Şahid” kritik infrastruktur obyektinə hücum edib. Rusiya aviasiyasının hücumu nəticəsində itki yoxdur.
Baş Qərargahın məlumatına görə, Rusiya son sutka ərzində Ukraynaya 39 raket və 39 hava zərbəsi endirib. Reaktiv yaylım atəşi sistemləri ilə 50 atəş qeydə alınıb.