5 Yanvar 2015 14:26
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqın axınını azaltmaq məqsədilə Livan hökumətinin qəbul etdiyi məhdudiyyətlər bu gündən qüvvəyə minib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sərhəddə giriş vizasını əldə etmək üçün müraciət edən suriyalılar müəyyən kriteriyaya cavab verməlidirlər. İndiyədək onlar Livanda 6 ay müddətinə qalmaq haqqına malik olublar. Bu, ölkəyə gələn qaçqınların sayını azaltmağa yönələn addımlardan biridir. Livanda qeydiyyatdan keçməmiş yaşayan suriyalı qaçqınlara yeni viza məhdudiyyətlərinin necə təsir edəcəyi məlum deyil.

Livan artıq bir milyondan çox Suriya qaçqınını qəbul edib.

Yerli mənbələrin məlumatına görə, qaçqınların gəlişilə ölkədə kirayə haqqı artıb və bəzən 10-15 adamdan ibarət suriyalı ailələrin bir otaqda yaşadığını görmək olar.

Həmçinin burada artıq 650 min fələstinli qaçqın yaşayır və bu ölkə adambaşına ən çox qaçqınlara malik olan dövlətdir.

Samir


Müəllif:

Oxşar xəbərlər