22 May 2023 11:20
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım seçki gündəmi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Yıldırım prezident seçkisinin ikinci turunda kimi dəstəkləyəcəyi müzakirə mövzusu olan ATA İttifaqının namizədi Sinan Oğanla bağlı sualı cavablandırıb.

AKP rəsmisi yekun qərarını açıqlamamışdan əvvəl Oğanla görüşəcəklərini bildirib:

“Sinan Oğan 28 may üçün qərarını açıqlayacaq. Beynində hansısa qərarın olduğunu deyə bilmərəm. Sinan Oğanın həssas olduğu və böyük önəm verdiyi məsələlər bizim də önəm verdiyimiz məsələlərdir. Fikir ayrılıqlarımız varmı? Var. İqtisadiyyatın idarə olunması ilə bağlı bəzi məsələlər mövcuddur. Bəs qaçqın məsələsində varmı? Əslində yoxdur. Amma təəssüf ki, qaçqınlardan bizə qarşı istifadə etmək üçün çox şişirdilmiş təbliğat aparırlar”.

Yıldırım qaçqınlarla bağlı danışarkən bunları da deyib:

“Qaçqınlar öz ölkələrinə gedəcəklər. İlk mərhələdə 1 milyon qaçqını göndərəcəyik. Çünki İdlibdə onların yaşamaları üçün yerlər, evlər, məktəblər tikirik, təhlükəsizliklərini təmin etmək üçün infrastruktur yaradırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu