Türkiyə müxalifətinin Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə bağlı diqqətçəkən sənədli film yayımlanıb.
Teleqraf.com xəbər verir ki, “Medyascope”un sənədli filmində bir detal diqqətdən qaçmayıb.
“Kılıçdaroğlunun doğulduğu ev” kimi təqdim edilən daş evin divarında “xaçkar” adlı simvolun olduğu görülüb.
Erməni mədəniyyətinə aid xaçkarlar vəfat etmiş insanların xatirəsinə qoyulur. Ermənilər xaçkarlara onların "tarixən bir millət kimi formalaşmalarında və varlıqlarının qorunmasında" mühüm rol oynayan simvollardan biri kimi baxırlar.
Ermənilərə məxsus simvolun Kılıçdaroğlunun evində görünməsi müzakirələrə səbəb olub. Bu, siyasətçinin ermənilərlə qohumluq əlaqələrinin olması iddiasına yol açıb.
Videonu təqdim edirik: