Müxalifət lideri, keçmiş baş nazir İmran Xan Pakistan Ali Məhkəməsinə ərizə təqdim edərək, hakimiyyət orqanlarının iğtişaşları yatırmaq üçün ordunun cəlb edilməsini "elan edilməmiş müharibə" adlandırıb.
Teleqraf.com xəbər verir ki, Xan hərbi tribunal tərəfindən vətəndaşların həbsi, araşdırılması və mühakimə edilməsinin konstitusiya, qanun və məhkəmənin müstəqilliyinə zidd olduğunu və bunun hüquqi qüvvəyə malik olmadığını deyib.
Yerli mətbuatın iddiasına görə, sabiq baş nazir tərəfdarlarının partiyasını (Ədalət Hərəkatı) kütləvi şəkildə tərk etmələri kontekstində ərizəsini Ali Məhkəməyə göndərib. Xan konstitusiyaya zidd şəkildə hakimiyyət tərəfindən üzvlərini partiyadan uzaqlaşmağa məcbur edildiyini iddia edir.
İmran Xan Ali Məhkəməni 9 may hadisələrini araşdırmaq üçün məhkəmə komissiyası qurmağa çağırıb. Həmin gün koalisiya hökuməti korrupsiya ittihamı ilə dindirilmək üçün təslim olmuş İmran Xanı saxlayıb. Bundan sonra Pakistanın bəzi şəhərlərində iğtişaşlar başlayıb, hərbi obyektlərə hücumlar olub. Bundan sonra Ali Məhkəmənin tələbi ilə İmran Xan zaminə buraxılıb.
Eyni zamanda, Pakistan Baş naziri Şahbaz Şərif mayın 9-da başlayan iğtişaşları “xəbərdarlıq siqnalı” adlandırıb.