6 Yanvar 2015 09:58
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 6-da ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb.

Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar olub.

Şirkət Budapeşt və Cenevrəyə uçuşları da təxirə salıb.

Qeyd edək ki, dünən "Türk Hava Yolları" Antalya, Budapeşt, Zaqreb və Tel-Əvivə uçuşları təxirə salmışdı./trend/


Müəllif: