30 May 2023 12:00
20 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən seçkilərdən sonra hakimiyyətə gələn liderlər ilk xarici səfərlərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edirdilər. Amma bu dəfə qayda dəyişə bilər.

Teleqraf.com xəbər verir ki, seçkidə qalib gələn Prezident Rəcəb Tayyib Ərdoğanın cümə axşamı Avropa Birliyi və 20-yə yaxın ölkənin liderlərinin qatılacağı Avropa Siyasi Birliyinin toplantısı üçün Moldovaya gedəcəyi gözlənilir.

Prezidentin sözçüsü İbrahim Kalın da dünən bu mövzuda açıqlama verib:

“Ənənəvi olaraq ilk xarici səfərlərimiz Kipr və Azərbaycana olur. Amma bu cümə axşamı Moldovanın mərkəzində görüş var. Ona qatılıb-qatılmayacağı hələ dəqiq deyil. Avropa Birliyi və 20-yə yaxın ölkə dəvət olunub. Orada liderlərlə görüş ola bilər. Getməsə, burada proqramlarına davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər