30 May 2023 12:30
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən prezident seçkisindən sonra alman mətbuatında qardaş ölkənin Avropa Birliyi (AB) ilə münasibətlərinə dair diqqətçəkən təhlil yayımlanıb.

Teleqraf.com xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinin məqaləsində seçkinin nəticəsi ilə bağlı “Türkiyə Avropaya qarşı qərar verdi” ifadəsinə yer verilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsinin “AB-yə yönəlməyən siyasətin təsdiqi” kimi yozulduğu təhlildə Qərblə Türkiyə arasında münasibətlərin bundan sonra da çətin olacağı iddia edilib.

Alman nəşrinin fikrincə, bununla Türkiyənin AB-yə üzvlük prosesi bağlanır:

“AB-yə üzvlük məsələsi hələlik öz həllini tapdı. Kılıçdaroğlu qalib gəlsəydi belə, bu, qəti nəticə olmayacaqdı. İkinci tur Ərdoğana qarşı səsvermə olmadı, beləliklə, bazar günü Türkiyə Avropaya qarşı qərar verdi. Türkiyə Qərbə yox, Şərqə baxır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər