Britaniya şirkəti Ukraynada müdafiə təyinatlı məhsullar istehsal edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski öz teleqram kanalında bildirib.
O, Böyük Britaniyadan olan müdafiə şirkətinin nümayəndələri ilə Ukrayna ərazisində istehsala başlamaq barədə razılığa gəldiyini bildirib.
“Biz Ukraynada istehsalın lokallaşdırılmasını müzakirə etdik. Biz Ukraynada “BAE Systems” ofisinin, daha sonra isə şirkətin məhsullarının təmiri və istehsalı üçün obyektlərin açılması üzrə işə başlamaq barədə razılığa gəldik”, - deyə məlumatda bildirilir.
Zelenski əlavə edib ki, Ukrayna “BAE Systems” məhsullarının müxtəlif növlərinin təmiri və istehsalı üçün əsas regional mərkəz olmaq niyyətindədir.