Prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi və yeni Nazirlər Kabinetinin açıqlanması iyunun 3-də baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS Ankaradakı mənbəyə istinadla məlumat yayıb.
“Güman edirik ki, Ali Seçki Komissiyası iyunun 1-də prezident seçkilərinin yekun nəticələrini açıqlaya bilər. Daha sonra - iyunun 3-də Prezident Ərdoğan parlamentdə and içəcək. Mərasimdən sonra yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq”, - mənbə bildirib.
Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana edəcəyi gözlənilir.