Rusiya qüvvələri Odessa limanındakı Ukraynanın sonuncu hərbi gəmisi “Yuri Olefirenko”nu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
“Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli sistemlərinin Odessa limanında hərbi gəmilərin dayanacağına endirdiyi zərbə nəticəsində Ukrayna Hərbi Donanmasının buradakı sonuncu döyüş gəmisi “Yuri Olefirenko” məhv edilib”, - Rusiya rəsmisi bildirib.