Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı iranlı diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi və parlament seçkilərindəki uğuru münasibətilə təbriklərini çatdırıb.
XİN başçıları ikitərəfli münasibətləri də müzakirə ediblər.