Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə seçilməsi Türkiyə düşmənlərini özündən çıxarıb.
Teleqraf.com xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlunun prezident seçiləcəyinə ümid bağlayan bəzi avropalı siyasilər Türkiyəyə qarşı kinlərini büruzə verməyə başlayıblar.
Dəfələrlə İslam dini və Quranı təhqir edən hollandiyalı siyasətçi Geert Vilders seçkilərdən sonra bu dəfə Türkiyə və türk xalqı haqqında skandal açıqlama verib.
Ərdoğanın “İslam bayrağı daşıyan lider” olduğunu bildirən Vilders türklərin ona səs verməklə səhv etdiklərini və onların heç vaxt Avropanın bir parçası ola bilməyəcəklərini söyləyib.
“Türklərə bir mesajım var. Siz avropalı deyilsiniz, heç vaxt olmayacaqsınız. Türkiyə kimi İslam ölkəsi Avropanın bir parçası ola bilməz. Avropanın müdafiə etdiyi bütün dəyərlər, azadlıq, demokratiya, insan haqları İslamla bir araya sığmır. Türkiyə Ərdoğana səs verdi. O, İslam bayrağı daşıyır. İslamın tənəzzülə uğramasını istəyirik. Yəni Türkiyə bizdən uzaq dur”, - irqçi siyasətçi deyib.