Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhddə şübhəli bilinən bir neçə nəfəri saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.
“Milli Təhlükəsizlik Dövlət Komitəsi dövlət çevrilişi iştirakçılarının kütləvi həbslərini həyata keçirir”, - məlumatda deyilir.
Silahlı hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt Bişkəkdə özəl sektorlarda əməliyyatlara başlayıb.
Kütləvi informasiya vasitələri təhlükəsizlik qüvvələri tərəfindən kimlərin həbs edildiyi barədə məlumat vermir.