“Türkiyə heç vaxt Ermənistan-Türkiyə nizamlanması prosesi üçün ilkin şərt irəli sürməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Türkiyə heç vaxt Ermənistan-Türkiyə nizamlanması prosesi üçün ilkin şərt irəli sürməyib. Hər iki tərəf dəfələrlə vurğulayıb ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin yekun tənzimlənməsidir. Erməni soyqırımının (qondarma – red.) tanınması və qınanılması prosesi ilə bağlı (Ermənistanda) müxtəlif fikirlər səsləndirilib. Soyqırımın tanınması və qınanılması prosesi heç vaxt bu müzakirələrin bir hissəsi olmayıb və bu gün də belədir”, - nazir bildirib.
Ermənistan müxalifətinin iddiasına görə, İrəvan qondarma soyqırımın beynəlxalq aləmdə tanıdılması təbliğatının dayandırılması ilə bağlı Ankara qarşısında öhdəlik götürüb.