“Avropa Rusiya ilə müharibə yolunu seçib, əgər belədirsə, o zaman Rusiya Federasiyası öz məqsədlərinə çatmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Xarici siyasətimizin konsepsiyasında qeyd olunur ki, Avropa bizimlə müharibə yolunu seçib. Əlbəttə, bu durumda onlarla yan-yana yaşamağın bizim üçün heç bir əhəmiyyəti yoxdur, amma bu müharibədirsə, deməli, hədəflərimizə çatmalıyıq”, - nazir bildirib.
Lavrov qeyd edib ki, Rusiyanın hədəfləri Avropanın hədəflərindən qat-qat yüksəkdir:
“Onlar başqasınınkını istəyir, biz özümüzünkünü. Rusiya imperiyası dövründən bəri ölkəmizə qatılanların hamısı bunu könüllü edib”.