7 İyun 2023 10:45
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu ölkənin turistlər üçün “tamamilə təhlükəsiz” olduğu barədə açıqlaması həqiqətə uyğun deyil.

Teleqraf.com xəbər verir ki, İranın XİN başçısı tviter səhifəsində “bəzi Avropa vətəndaşları xarici təhlükəsizlik xidmətləri tərəfindən istismar edilmirsə, onların həbsi üçün heç bir əsas yoxdur” yazsa da, əslində, bu illər ərzində İran əsassız olaraq onlarla qərbli turisti casusluqda ittiham edərək saxlayıb.

Qeyd edilib ki, İran saxlanılan şəxsləri Qərbdən güzəştlər əldə etmək üçün girov kimi istifadə edir. Onlar adekvat hüquqi müdafiə ilə təmin olunmur, əksinə, saxta məhkəmələrdən sonra uzunmüddətli həbslərə məruz qalırlar.

Bu yaxınlarda Omanın vasitəçiliyilə Belçika ilə bağlanmış məhbus mübadiləsi razılaşması çərçivəsində ötən həftənin cümə günü iki İran və Avstriya vətəndaşı Kamran Qaderi və Məsud Mossaheb, həmçinin İranda həbsdə olan danimarkalı azad edilib.

Bundan başqa, belçikalı Olivye Vandekastel Əsədulla Əsədinin azadlığa buraxılması müqabilində ölkəsinə qayıdıb. Diplomat adı altında iranlı agent olan Ə.Əsədi 2018-ci ildə Fransada terror təşkil etməkdə təqsirli bilinmişdi.

Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda vətəndaşlarını İrana səfər etməməyə, hazırda orada olan Azərbaycan vətəndaşlarını isə diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb./Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər