7 İyun 2023 16:57
2 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günlərdə yeni Nazirlər Kabinetini açıqlamışdı. Yeni komandada bir çox yeni isimlər yer alarkən, kabinetin yeganə qadın naziri ilə bağlı diqqətçəkən detal üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, yeni ailə və sosial siyasət naziri Mahinur Özdəmir Göktaş Belçikada miqrant ailənin qızı olaraq doğulub.

Özdəmir Brüssel Universitetində siyasi elmlər təhsili aldıqdan sonra siyasətə CDH Partiyasının sıralarından daxil olub. Belçikanın ən gənc siyasətçiləri arasında yer alan Özdəmirin bu ölkə və Avropada yeganə hicablı qadın millət vəkili kimi də tanındığı məlum olub.

Yeni nazir Belçikada olarkən parlamentdə 1915-ci il hadisələri ilə bağlı müzakirələrlə gündəmə gəlib. O dönəmdə CDH üzvü Maksim Prevot partiyanın bütün üzvlərinin “erməni soyqırımı”nı tanımağa borclu olduqlarını demişdi. Göktaş o zaman qondarma soyqırımını tanımaq üçün partiyanın təzyiqlərinə qarşı çıxmışdı. CDH lideri Benua Lütgen isə “Sıralarımızda bir inkarçı varsa, bir saniyənin içində yox olub getsin” sözləri ilə onu partiyadan xaric etmişdi.

Belçika parlamentində baş verənləri və Göktaşın dik duruşunu görən Prezident Ərdoğan onunla bağlı “Bu qızımıza sahib çıxın” təlimatını verir. Prezidentin göstərişindən sonra Göktaş 2019-cu ilin sentyabrında Türkiyənin Əlcəzairə səfiri təyin edilir. Dörd il səfir vəzifəsində çalışan Göktaş mayın 28-dən sonra qurulan yeni kabinetdə ailə və sosial siyasət naziri kimi yeganə qadın nazir olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər