Şərq cəbhəsinin dörd istiqamətində şiddətli döyüşlər davam edir. Ukrayna bir neçə istiqamətdə Rusiyanın hücumlarını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qoşunları əsas səylərini ağır döyüşlərin davam etdiyi Liman, Baxmut, Avdiv və Marin şəhərlərini ələ keçirməyə yönəldib. Cəbhənin bu ərazilərində 43 hərbi toqquşma baş verib.
Xüsusilə, ötən sutka ərzində ruslar Donetsk vilayətinin Veseli rayonu, Liman, Baxmut - Orixovo-Vasilivka, İvanovsk, Stupoçki, Bila, Qora, eləcə də Avdiv - Severnı və Opıtnı istiqamətlərində irəliləməyə cəhd edib. Amma uğur qazana bilməyiblər.
Bundan əlavə, Ukrayna ordusu Marinka istiqamətində rusların bütün hücumlarını dayandırıblar, qarşı tərəf ağır itki verib.