Fransa prezidenti Emmanuel Makronla İran lideri İbrahim Rəisi arasında telefon danışığı olub.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Makron Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.
Makron İranın Rusiyaya pilotsuz təyyarələr tədarükü ilə bağlı iddia edilən nəticələrin ciddiliyinə diqqət çəkir.