Türkiyə İsveçdən NATO-ya üzvlüklə bağlı konkret addımlar atmağı tələb edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken və İsveç xarici işlər naziri Tobias Billström ilə görüşü zamanı deyib.
Məlumata əsasən, 11-12 iyun tarixlərində keçiriləcək ABŞ dövlət katibi Entoni Blinken və İsveç xarici işlər naziri Tobias Billströmun İsveçin NATO-ya üzvlüyü məsələsini yenidən gündəmə gətirəcəkləri gözlənilir.
Bundan əlavə, İsveç terrorla mübarizə qanununu tətbiq etdiyini təsdiq etmək üçün PKK terror təşkilatının üzvünü Türkiyəyə ektsradisiya etməyə hazırlaşır.
Məlumat üçün bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.
Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.