12 İyun 2023 17:50
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolzun qaçqın siyasəti ilə bağlı etdiyi zarafat kəskin tənqid olunub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Şolz Nürnberqdə Alman Protestant Günü tədbirindəki çıxışında Almaniyaya qaçqın axınına da toxunaraq bunları deyib: “Mən bu zarafatı Avropa Şurasında da etmişəm. Almaniyanın Aralıq dənizinə çox uzun bir sahili olmalıdır. Çünki Aralıq dənizi vasitəsilə Avropaya çatan qaçqınların əksəriyyəti Aralıq dənizi sahilindəki ölkələrə deyil, Almaniyaya gəlir”.

2014-cü ildən bu yana sağ qalmaq üçün müvəqqəti qayıqlarla yollara düşən 26 min 800-dən çox insanın Aralıq dənizinin coşqun sularında həlak olduğu xatırladılıb və bu mövzuda zarafat etməyin çox yersiz olduğu vurğulanıb.

Sıxıntı içində olan qaçqınları xilas etmək üçün gecə-gündüz dənizlərdə gəzən 'Dəniz Nəzarəti' qrupları mətbuata açıqlamasında “Bu, çox pis zarafatdır. "Buna gülən hər kəs heç bir ölkəni idarə etməməlidir”- deyə bildiriblər.

Sol Partiyadan Lorenz Gösta-Beutin “Şolzun baş nazir olması ayıbdır” deyərkən, CDU Bundestaq deputatı Mattias Hauer “Olaf Şolzun zarafatı utancvericidir. Baş nazir heç vaxt əziyyət çəkən insanları ələ salan zarafat etməməlidir”- deyə sərt mövqe nümayiş etdirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər