Ukrayna Silahlı Qüvvələri yaxın bir neçə gün ərzində "böyük hücum" həyata keçirəcək.
Teleqraf.com “Sky News” telekanalına istinadla xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin Müdafiə Komitəsinin sədri Tobias Ellvud deyib.
“Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücum gözləməliyik”.
Ellvud qeyd edib ki, Ukrayna ordusu hazırda tədqiqat və formalaşdırma əməliyyatları aparır və Ukrayna qüvvələrinin və aktivlərinin əsas cəbhəsi hələ də ehtiyatdadır.
Ellvud həmçinin müttəfiqləri Kiyevə daha çox tank, F16 qırıcı təyyarələri və uzaqmənzilli raketlər verməyə çağırıb.