“Türkiyə ilə münasibətlərdə fürsət pəncərəsinin açıq qalmasını istəyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Dendias deyib.
Sabiq nazir Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib: “Türkiyə ilə dialoq qapıları bağlanmamalıdır. 2020-ci ildə biz həqiqətən müharibənin astanasındayıq. 2020-ci ilin avqustunda seysmoqrafik tədqiqat üçün "Oruç Rəis" gəmisinin çıxması bizim üçün çox böyük bir fəlakət oldu. Bu proses iki ölkəni müharibənin astanasına gətirmişdi. Qəzadan qaçmaq üçün mübarizə apardıq.
Bir başqa an isə, Ərdoğanın körpüləri atdığı gün oldu, ömrünün sonuna qədər unutmayacağam”.
Qeyd edək ki, 2020-ci ildə Türkiyə Yunanıstan tərəfinin özünün müstəsna iqtisadi zonası hesab etdiyi ərazidə Şərqi Aralıq dənizində neft və qaz yataqlarında seysmik kəşfiyyat işlərinə başlayıb. Həmin ilin avqustunda iki ölkənin gəmiləri toqquşub.