16 İyun 2023 14:06
20 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Misirdəki səfirliyinin müvəqqəti işlər vəkili Saleh Mutlu Şən iki ölkə arasındakı münasibətlərlə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, diplomat Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfərə dəvət edildiyini deyib.

“Prezidentimiz misirli həmkarı Sisini Türkiyəyə dəvət edib. Misirlilərin Ərdoğanı Misirdə görmək istədiklərini bilirəm. İki prezident görüş yerini müəyyənləşdirəcək. Görüş Ankara və ya Qahirədə baş tutacaq”, - Şən bildirib.

Əlaqələrdəki on illik qopma dönəminin sona çatdığını deyən Şən həmçinin xarici işlər naziri Hakan Fidanın üç ay ərzində Misir səfərinin baş tuta biləcəyini açıqlayıb.

“Bu mərhələyə qədər xarici işlər naziri Hakan Fidan iki ölkə arasında münasibətlərin inkişafında müsbət rol oynayıb”, - diplomat əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu