17 May 13:35
3 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün zəmanəti çoxdan alıb, hər halda Mehri istiqamətində dəmir və avtomobil yolları təsadüfən çəkilmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni sabiq diplomat Dyunik Ağacanyan deyib.

“Avropa (və ya Qərb) Türkiyəni regional nəzarətçi və ən mühüm aktor kimi gördüyünü açıqlayıb, indi uzun müddət əvvəl hazırlanmış prosesin açıq təzahürlərini və bu yöndə verilən bəyanatları görürük. Avropa Birliyinin nümayəndələri Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya ilə əlaqə yaratmağa və enerji kanalları da daxil olmaqla, nəqliyyat kommunikasiyalarının açılmasına böyük önəm verdiklərini bildiriblər. Bir şeyi qeyd edəcəm: heç bir dövlət bu planın reallığına 200 faiz əmin olmasa, milyonlarla dollar xərcləyib avtomobil və dəmir yolu çəkməz. Azərbaycan da Mehriyə həm avtomobil, həm də dəmir yolu çəkib. Yəni təminat çoxdan verilib”, - keçmiş diplomat bildirib.

Ağacanyan qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasını təkcə Azərbaycan və Türkiyə yox, Qərb də istəyir. Onun iddiasına görə, bu məsələdə tərəflər arasında konsensus var, Ermənistan rəhbərliyi tərəfindən isə zəmanət verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər