16 İyun 2023 17:50
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili siyasətə qayıdır.

Bunu Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstan siyasətində fəal iştirak edəcək.

O bildirib ki, səhhətindəki problemlərə baxmayaraq, Gürcüstan siyasətində çox fəal olmaq və Ukraynadakı müharibə ilə məşğul olmaq niyyətindədir: “Ukraynanın qələbəsini gözləmək və bunun üçün fəal addımlar atmaq lazımdır”.

2021-ci ilin payızından vətənində həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, Gürcüstana xəyanət və ruslaşdırma cəhdi artıq bütün səviyyələrə nüfuz edib.

"Səhhətimin vəziyyətinə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq, Gürcüstan siyasətində çox fəal iştirak etmək niyyətindəyəm”, - Saakaşvili bildirib.

O, həmçinin əlavə edib ki, bacardığı bütün məhkəmələrdə iştirak etmək niyyətindədir. Saakaşvili vurğulayıb ki, o, Avropanın bütün milli, anti-Rusiya qüvvələrini və ilk növbədə onun yaratdığı Vahid Milli Hərəkat Partiyasını birləşdirməyə çağırır.


Müəllif: Teleqraf.com