17 İyun 2023 09:49
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vilnüs sammitində NATO liderləri Ukraynanı alyansa dəvət etmək niyyətində deyillər.

Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz sammitdə Ukraynanın alyansa dəvətini müzakirə etməyəcəyik, amma Ukraynanı NATO-ya necə yaxınlaşdıracağımızı diqqətdə saxlayacağıq”, - NATO baş katibi sözünə davam edib.

Stoltenberq alyansın Ukraynanı NATO-ya necə yaxınlaşdıracağına dair ümumi həll yolu tapacağına əminliyini ifadə edib.

Bundan əvvəl Yens Stoltenberq bəyan etmişdi ki, hazırda Ukraynanın alyansa daxil olmasının dəqiq tarixini söyləmək mümkün deyil. O, ölkənin hərbi əməliyyatların mərkəzində olduğunu qeyd etmiş və əsas vəzifənin Kiyevin qələbəsini təmin etməkdən ibarət olduğunu bəyan eləmişdi.

NATO sammiti bu il iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.


Müəllif: Teleqraf.com