18 İyun 2023 00:59
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taxıl müqaviləsinin perspektivləri yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibədə bildirib.

Kremlin nümayəndəsinin sözlərinə görə, taxıl sazişinin şansı yoxdur, çünki bu Saziş üzrə Rusiyanın öhdəlikləri yerinə yetirilməyib.

"Hər hansı bir son qərarı proqnozlaşdırmaq mümkün deyil, ancaq de-fakto vəziyyətimizə görə mühakimə etsək, şans yoxdur", - deyə Peskov bildirib.

Eyni zamanda, prezidentin mətbuat katibi Rusiyanın taxıl müqaviləsini dəfələrlə uzatdığını və bununla da xoş niyyət göstərdiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər