ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin xarici işlər naziri Çin Qanqla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı diplomat tviterdə paylaşım edib.
Görüşdə açıq kommunikasiya kanalları vasitəsilə iki ölkə arasında münasibətlərin məsuliyyətlə idarə olunması müzakirə olunub.
Qeyd edək ki, iyunun 18-də ABŞ dövlət katibi Entoni Blinkenin Çinə iki günlük səfəri başlayıb.