7 Yanvar 2015 16:44
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Astronomiya Cəmiyyətinin illik iclasında elan edilmiş səkkiz yeni tapılmış ekzoplanetin arasında "ikinci Yer" olmağa namizəd bir planet də var.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, günəş sistemindən kənarda olan planetlərin – ekzoplantelərin siyahısı Kepler teleskopundan alınan məlumatların təhlili əsasında tərtib olunur.

Lakin aşkar olunmuş səkkiz planetdən yalnız üçü "Goldilock" deyilən zonaya – yəni həyat üçün yararlı orbit zonasına düşür.

Belə orbitdə olan planetlər öz günəşləri olan ulduzdan təxminən Yerin Günəşdən aldığı qədər enerji alırlar.

Astronomların məlumatına görə, tapılmış planetlərdən biri – Kepler 438b şərti adını almış planet "Yerin ekizi" olmağa bundan əvvəlki namizəd Kepler 186f adlı planetdən daha layiqlidir.

Bu planet Yerdən 12 faiz böyükdür (o, Kepler 186f-dən də iridir) və cırtdan qırmızı ulduzun ətrafında dövrə vurur.

Cırtdan ulduzların temperaturu adətən Günəşin temperaturundan aşağı olur.
Bu halda sözü gedən planet öz orbitinin xüsusiyyətlərinə görə Yerdən 40 faiz çox istilik almalıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər