7 Yanvar 2015 23:52
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Ollandbəyan edib.

“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram. Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, deyə F.Olland bildirib.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər