23 İyun 2023 16:52
3 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək. Çox güman ki, bu, Ukrayna Silahlı Qüvvələri Krıma daxil olanda baş verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda nüvə silahının mümkün istifadəsi ilə bağlı son dərəcə ciddi bəyanat verib.

“Hesab edirəm ki, Putinin son aylarda etdiyi hər şey qırmızı düyməni basmağa hazırlıqdır. Bəzilərinin Ukraynanın hücumuna şübhə ilə yanaşmasına baxmayaraq, Moskva dəqiq bilir ki, Silahlı Qüvvələrin hazırkı imkanları ilə 100 kilometr enində olan Azov dəhlizini saxlaya bilməyəcəklər, gec-tez müdafiələri yarılacaq”, - Saakaşvili bildirib.

Saakaşvili Ukrayna ordusunun Krım körpüsünü dağıdıb yarımadanın girişində dayanacağına inanır. Onun sözlərinə görə, bununla rus ordusu məhvə məhkum olacaq, Kremldə rejimin süqutu başlayacaq.

“Putin bunun qarşısını almaq üçün Kiyevin mərkəzinə taktiki nüvə silahı ilə zərbə endirməyi planlaşdırır. Böyük ehtimalla, bundan əvvəl Belarusda hansısa təxribat törədiləcək ki, Moskvanı müttəfiqini qorumaq üçün hərəkətə keçirən Minsk olub”, - Saakaşvili qeyd edib.

Gürcüstanın eks-prezidenti Putinin Polşanın Rzeşov şəhərindəki ən böyük logistika mərkəzinə taktiki nüvə silahı ilə zərbə endirmək əmri verə biləcəyini də istisna etmir.

“Güman edirəm ki, söhbət 2-3 nüvə raketindən gedirsə, o zaman NATO adi cavab tədbirləri ilə məhdudlaşacaq”, - Saakaşvili əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər