NATO-nun üç hərbi gəmisi İsveç paytaxtının Frihamnen limanına yol alıblar.
Teleqraf.com xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin sözçüsü Mari Tiseter gəmilərin limana tədarüklərini artırmaq və heyətə istirahət vermək üçün daxil olacaqlarını bildirib.
Bildirilir ki, NATO gəmilərini krallığın sahil mühafizəsi və dəniz polisi müşayiət edir.