26 İyun 2023 09:26
27 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun iyunun 23-24-də Rusiyadakı hərbi qiyamı Rusiya qoşunlarının Ukraynadakı hücum və müdafiə əməliyyatlarına ciddi təsir göstərməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Döyüşlər bütün cəbhə xətti boyunca davam edir, Rusiya qüvvələri Baxmut yaxınlığında son bir neçə günlə müqayisədə nisbətən daha çox quru hücumları keçirib. Eyni zamanda, bəzi rus mənbələri iddia edirlər ki, Ukraynanın son günlərdəki bəzi uğurları Rusiyadakı hərbi qiyama görədir.

ISW “Vaqner” lideri Yevgeni Priqojinlə Kreml arasındakı razılaşmanın Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi üçün mümkün nəticələrinə diqqət çəkib. Bəzi mənbələrə görə, Kreml Priqojinlə razılaşma çərçivəsində Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsini nəzərdən keçirə bilər.

“Rusiya mənbələri Tula vilayətinin hazırkı qubernatoru, Putinin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı və Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri Aleksey Dyuminin Şoyqunu müdafiə naziri kimi əvəz edə biləcəyini ehtimal edir, Amma ISW bu fərziyyələri təsdiqləyə bilmir”, - təhlildə vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər