Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.
Teleqraf.com-un məlumatına görə, Putin çıxışında bildirib ki, silahlı üsyan onsuz da yatırılacaqdı.
"İstənilən şantaj, daxili iğtişaşlar təşkil etmək cəhdləri uğursuzluğa məhkumdur. Biz bilirdik və bilirik ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin və komandirlərinin böyük əksəriyyəti həm də vətənini sevənlərdir. Onlar bunu döyüş meydanında göstərdikləri şücaətlə sübut etdilər", - qeyd edib.
Rusiya Prezidenti vaqnerçilərə verdiyi vədi yerinə yetirəcəyinə söz verib.