28 İyun 2023 11:03
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbçilərindən istifadəyə cəhd edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər hesab edirlər ki, Lukaşenko bununla öz silahlı qüvvələrinin itmiş imkanlarını bərpa etməyə səy göstərə bilər.

Bu, həmçinin Kremlin “İttifaq dövləti” vasitəsilə Belarusu ələ keçirmək kampaniyasını tarazlaşdırmağa da imkan verə bilər.

Belarus prezidentinin bəyanatlarıonu da deməyə əsas verir ki, “Vaqner” ilk növbədə dövlətin ordusu üçün təlim və məsləhət üzrə tərəfdaş kimi çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər