Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasından çıxmasını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bunu Moldova hökumətinin mətbuat xidməti yayıb.
Bildirilir ki, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında MDB PA haqda Konvensiyanın denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiq edən qətnamə qəbul edib.
Bu qərarın qəbulundan sonra ölkənin MDB PA-dan çıxmasına dair sazişin qanun layihəsinə parlamentdə baxılacaq.